“Deyək ki, Yaşarla sevgiliyik, bundan sizə nə, həyat yoldaşınızı əlinizdən almışam?“
Teleaparıcı Vüsalə Kərimova prodüseri olduğu müğənni Yaşar Cəlilovla sevgili olması haqda yayılan məlumatlara münasibət bildirib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, teleaparıcı sosial şəbəkədə yayılan xəbərlərin əsassız olduğunu vurğulayıb: "Çox əsəbi və gərginəm. Qələt edib bir də üstümə gəlməyin. Deyək ki, Yaşarla sevgiliyik, bundan sizə nə? Kimsiniz? Həyat yoldaşınızı əlinizdən almışam? Yoxsa məni nəslinizdəki tərbiyəli xanımlar kimi gündə biri ilə tutmusunuz? Nədir sizi yandıran? Mal mənim, mülk mənim, sizə nə? Gözünüz Yaşardadırsa, onun da gözü başqasındadırsa, gedin özünüzə başdan-ayağa baxın. Qüsurlarınızı düzəldin ki, sizi seçsin. Allaha şükür olsun ki, mənim nə sevməyə, nə də sevilməyə ehtiyacım var. Ətrafım, yaxınlarım, doğmalarım, dostlarım məni sevirlər, çünki sevilməyə layiqəm, o sevgini təmiz qəlbimlə qazanmışam! Sizin kimi içim kin-küdurətli deyil. Həyatdan zövq ala-ala yaşayıram, haqqımdır, boyumdan uzun, dağ boyda balam var! Bu mənə yetər! Sizə yazığım gəlir, mənim qeybətimi edincə, kimlə harada necə oturub-durduğumu özünüzə dərd edincə, həyatınızı qurun. Mən heç vaxt acıq verməyəcəm, kifayət qədər mükəmməl qadınam. Yaşamaq, xoşbəxt olmaq mənim də haqqımdır, amma kiminlə, harada, necə - onu siz heç vaxt bilməyəcəksiz".

Xəbər 2058 dəfə oxundu.