Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azadlıq prospektində qeydə alınıb. Bakı şəhər sakini Vidadi Məhərrəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb. Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Xəbər 1053 dəfə oxundu.