Masallıda ev yanıb
Masallı rayonunda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəlbəhüseynli kəndində vətəndaşa məxsus ümumi sahəsi 308 kvadratmetr (hər mərtəbəsi 154 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 1100 dəfə oxundu.