DİN: Bakıda 28 nəfər içməli sudan zəhərlənib
Daxili İşlər Nazirliyi Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərlənib. Onlar 5 saylı Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər 1207 dəfə oxundu.