Kürdəmirdə traktor aşıb, xəsarət alan var
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayonunun Muğanlı kənd sakini, 26 yaşlı Nuruyev Əliyar Sabir oğlu idarə etdiyi Ka-700 markalı kotan qoşulmuş traktoru yol kənarına aşırıb. Hadisə Ağsu- Kürdəmir- İmişli yolunun 46-cı kilometrliyində qeydə alınıb. Sıxılmış vəziyyətdə qalan sürücünü traktordan Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Qəza-xilasetmə bölməsinin əməkdaşları çıxarıblar. Ə. Nuruyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər 1678 dəfə oxundu.