Neftçalanın 78 yaşlı sakini intihar edib
Neftçala rayonunda 78 yaşlı kişi özünü asaraq intihar edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunu Qədimkənd sakini, 1937-ci il təvəllüdlü Ağayev Əlihüseyn Əziz oğlu özünü həyətdəki üzüm çardağından asıb. Onun asılmış meyitini qohumlar səhər saatlarında aşkar ediblər. İntiharın hansı səbəblərdən baş verdiyi araşdırılır. Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər 1069 dəfə oxundu.