Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirib. Mərkəzdən APA-ya verilən məlumata görə, mərkəzin icraçı direktoru, professor Azad Məmmədov ölkə prezidenti İlham Əliyev tərəfindən 2014-cü il mayın 15-də yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə danışıb. Azad Məmmədov bildirib ki, 16 noyabr tarixi 1995-ci ildən UNESCO səviyyəsində dünyanın bir çox ölkələrində Beynəlxalq Toleranlıq Günü kimi qeyd olunur. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev qeyd edib ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırki səviyyəyə gəlib çatması prezident İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. K. Abdulla qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən ənənəvi dini icmaların rəhbərlərinin bir neçə gün öncə Tolerantlıq günü münasibətilə dövlət başçısı tərəfindən Fəxri Diplomla mükafatlandırılması qayğı və diqqətin göstəricisidir. K. Abdullayev dini qurum və icma rəhbərləri Allahşükür Hümmət oğlu Paşazadə, Aleksandr Gennadyeviç İşein, Vladimir Fekete, Milix İlxananoviç Yevdayev, Gennadi Konstantinoviç Zelmanoviç və Robert Baqratoviç Mobiliyə mükafatlar təqdim edib. Tədbir Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş “Dini mövzuda musiqi” adlı konsert proqramı ilə yekunlaşıb.

Xəbər 1385 dəfə oxundu.