Şəmkirdə yanacaq daşıyan avtomobil yanıb
Şəmkirdə yanğın hadisəsi qeydə alınıb. APA-nın APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus “QAZ” markalı benzin daşıyan yük avtomobilinin kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 1011 dəfə oxundu.