Türkiyədə avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb
Türkiyənin Konya vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 24 nəfərsə xəsarət alıb. APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, hadisəyə yolun buz bağlaması səbəb olub. Ereyli rayonunda buzlu yoldan çıxan avtomobil qarşı yoldan gələn başqa avtobusla toqquşub. Nəticədə avtobuslardan biri aşıb.

Xəbər 1006 dəfə oxundu.