Bakıda yarımstansiyada yanğın baş verib
Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Yasamal rayonunda ümumi sahəsi 80 kv.m olan yarımstansiyada baş verib. Nəticədə, 1 ədəd 1000 kVt-lıq transformator və yarımstansiyanın andulindən ibarət dam örtüyü yanıb. Digər transformator və yarımstansiyaya bitişik ev yanğından mühafizə olunub.

Xəbər 1030 dəfə oxundu.