Əfqanıstanda 50 İŞİD silahlısı öldürülüb
Əfqanıstan ordusu ölkənin şərqində İŞİD qruplaşmasından olan 50 silahlını məhv edib. APA-nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, terrorçular ölkənin Pakistanla sərhəddə yerləşən Nanqarxar əyalətində keçirilən reyd zamanı zərərsizləşdiriliblər. Qeyd edək ki, İŞİD-ə qarşı taliblər və ABŞ-ın pilotsuz təyyarələri də mübarizə aparırlar.

Xəbər 1370 dəfə oxundu.