Rus Dram Teatrının yaradıcı heyəti mətbuat konfransı keçirib
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyəti mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Pyotr Qladilinin pyesi əsasında hazırlanan “Afina gecələri” tamaşasının premyerasına həsr olunan mətbuat konfransında xalq artisti Aleksandr Şarovski bildirib ki, tamaşa yanvarın 17-də nümayiş etdiriləcək. Xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Nataliya Şarovski, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov səhnə əsərində yaratdıqları obrazlar haqqında fikirlərini bölüşüb, tamaşanın müasir dövr üçün aktuallığından bəhs ediblər. Qeyd olunub ki, səhnə əsərinin quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, musiqi tərtibatı, əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir. Geyim üzrə rəssam Olqa Abbasovadır. Tamaşada əsas rolları, xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Nataliya Şarovski, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov ifa edəcək.

Xəbər 1321 dəfə oxundu.