Hacıqabulda ev yanıb, bir nəfər ağır yanıq xəsarətləri alıb
Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 136 ünvanında yerləşən fərdi yaşayış evində 00.45 radələrində yanğın hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyi Hacıqabul yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Yanğın nəticəsində evin sakini 1944-cü il təvəllüdlü Ağamalıyev Malik Sərdar oğlu ağır yanıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər 1739 dəfə oxundu.