Türkiyə və Almaniyadan qələbə, İngiltərə uduzdu
Dünyanın yaşıl meydanlarında beynəlxalq yoldaşlıq oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün daha bir neçə qarşılaşma baş tutub.
Üç gün öncə millimizə 1:0 hesabı ilə qalib gələn Qazaxıstan yığması Gürcüstanla bərabərə qalıb - 1:1. Türkiyə millisi isə Avstriya ilə oyunda qüvvəsini sınayıb və 2:1 hesablı qələbə qazanıb. Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Norveç evdə Finlandiyaya qalib gəlib, Lüksemburq isə Albaniyaya uduzub. Almaniya isə öz meydanında İtaliyaya böyük hesabla qalib gəlib - 4:1.

Xəbər 1022 dəfə oxundu.