Samuxda yaşayış evində yanğın olub
Bu gün Samux rayonu, Seyidlər kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaqlı evin tavanı və mətbəxin yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 998 dəfə oxundu.