Xaçmazda 34 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Ötən gün axşam saatlarında Xaçmazda bədbəxt hadisə baş verib. APA -nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1982-ci il təvəllüdlü Şıxəliyev malik Şıxəli ğglu elektrik cərəyanı vurması nəticəsində ölüb. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər 1071 dəfə oxundu.