Novruz Məmmədov: “Prezidentlərin görüşünün vaxtı və yeri barədə hələlik məlumat yoxdur”
“Prezidentlərin görüşünün vaxtı və yeri barədə hələlik məlumat yoxdur. Olan kimi deyəcəyik”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu istiqamətdə işləyirlər: “Düşünürəm ki, onlar bu məsələnin öhdəsindən gəlib, görüşü təşkil edəcəklər. Bu görüşün təşkil olunması lazımdır”.

Xəbər 1923 dəfə oxundu.