Bakıda ər həyat yoldaşını öldürüb
Bakıda qətl törədilib. Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Tural Kazımov həyat yoldaşı Maya Kazımovanı boğaraq qətlə yetirib. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən T. Kazımov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 1143 dəfə oxundu.