Xaçmazda 6 otaqlı evdə yangın baş verib
Xaçmazda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Mürşüdobad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 mərtəbəsində mətbəxin tavanı 16 kv.m sahədə və 1 ədəd soyuducu yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər 1289 dəfə oxundu.