Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 22-si, axşam saatlarında Liman-Nərimanabad şose yolunda qeydə alınıb. Cəlilabad sakini, 1996-cı il Yavər Hüseynovun idarə etdiyi VAZ 21011 markalı 10 CZ 463 nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn digər nəqliyyat vasitəsi ilə toqquşub.Güclü zərbədən VAZ 21011-in sürücüsü daxil olmaqla sərnişinləri olan Biləsuvar rayon sakinləri Mirxan Namiq Mirzəyev, Orxan Elşad oğlu Abdulov, Nurlan Əlihüseyn oğlu Məmmədov və Cəlilabad rayon sakini İsmayıl Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücü Yavər Hüseynovun və Mirxan Mirzəyevin vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər 972 dəfə oxundu.