Aysel Əlizadə istirahətə kimlə yollanır?
Primetime.az xəbər verir ki, estrada müğənnisi Aysel Əlizadə bu yay ikinci dəfə istirahətə yollanmağa qərar verib. Əməkdaşımızla söhbəti zamanı Aysel səfərini belə şərh edib: "Hər zaman arzuladığım ölkələrdən birinə menecerim Ləman Tağıyeva ilə birgə gedəcəyik. Lakin həmin ölkənin adını hələ ki, sirr saxlayıram. Bu o demək deyil ki, sənətimdə fasilə yaranacaq. İnşallah, istirahətdən qayıtdıqdan dərhal sonra yeni klipimi və bir neçə mahnımı sevənlərimə təqdim edəcəyəm".

Xəbər 1320 dəfə oxundu.