“Qəbələ” gürcü futbolçu transfer edir
Avropa Liqasının qrup mәrhәlәsinin oyunlarına hazırlaşan "Qәbәlә" heyәtini gürcü futbolçu ilә güclәndirәcәk. Qol.az-ın “Qafqazinfo”ya istinadən yaydığı xəbərə görә, "qırmızı-qaralar" Avropa Liqasının 1-ci tәsnifat mәrhәlәsindә mәğlub etdiklәri Gürcüstan "Samtredia"sından Budu Zivzivadzeni heyәtә qatacaq. Artıq tәrәflәr arasında razılaşma әldә olunub. Gәnc futbolçu özü dә bu xəbəri tәsdiqlәyib: “Bәli, “Qәbәlә” ilә danışıqlarımız olub vә hazırda davam edir. Sadәcә, mәn indi Gürcüstanın 21 yaşlılardan ibarət millisinin düşәrgәsindәyәm. Burdan qayıtdıqdan sonra hәr şeyә aydınlıq gәlәcәk. Münasibәtlәr rәsmilәşәndәn sonra sizә әtraflı məlumat verə bilərəm”.

Xəbər 1338 dəfə oxundu.