Forbes jurnalına görə ən yüksək qanorar alan supermodellər- FOTO
Forbes jurnalı dünyanın supermodellərinin gəlirlərinin reytinqini təqdim edib. Natalia Vodianova 7 milyon dollar gəliri ilə keçən il 5-ci yerdən, bu il 5.5 milyon dollar qazanaraq 11-ci yerə düşüb. Lara Stoun onunla bərabərliyi göstərdi.
Reytinqdə 1-ci yeri tutan isə 30 milyon yarım dollarla Gisele Bundchen oldu. Baxmayaraq ki, keçmiş ilə müqaisədə gəliri 13 milyon azalsada Forbes siyahısında birinci yeri tutub. Gisele arxasınca siyahıda başqa Braziliya modeli Adriana Lima 10 yarım milyon dollarla yer tutub.
Üçüncü və dördüncü yerləri hər ikisi on milyon gəliri ilə Kendall Jenner və Karlie Kloss paylaşıb.
Siyahının yeni üzvləri Kendall və Carly bu il bir milyon az qazanıblar, həmçinin Gigi Hadid və Rosie Huntington-Whiteley.
Forbes bu ilki reytinqinə Cara Delevingne, Candice Swanepoel, Liu Wen, Miranda Kerr, Natalia Vodianova, Lara Stone, Kate Moss, Alessandra Ambrosio, Doutzen Kroes, Joan Smalls, Lily Aldridge, Jasmine Tux Taylor Hill və Barbara Palvin qatılıblar.

Xəbər 1066 dəfə oxundu.