Tiflisdə avtobus qəzaya uğrayıb, 18 nəfər xəstəxanaya yerləşdirilib
Gürcüstan paytaxtında sərnişin avtobusu qəzaya uğrayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, avtobus mehmanxananın ərazisinə girib. Təcili yardım xidmətindən bildirilib ki, avtobusda olan 20 sərnişindən 18-i orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəsarət alanların kimliyi haqqında məlumat verilmir. Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub. Gürcüstan DİN-dən bildiriblər ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Xəbər 889 dəfə oxundu.