Gəncə sakini bıçaqlanıb
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1983-cü il təvəllüdlü Ramin Namazov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. R. Namazovun bildirdiyinə görə, o mübahisə zəminində tanımadığı taksi sürücüsü tərəfindən bıçaqlanıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Xəbər 2988 dəfə oxundu.