“Paxıllığımı çox çəkdilər, çalışdılar ki, alınmasın“ - Namiq Qaraçuxurlu sərt danışdı
Klipi 300 manata çəkdik
ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan meyxanaçı-müğənni Namiq Qaraçuxurlu maraqlı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, sevilən ifaçı "Rəvayət" klipindən danışıb:
""Rəvayət" adlı klipimin ümumi büdcəsi heç 300 manat eləmirdi. Bu pulu da Muğamat adlı dostumuz qarşılamışdı. Peşəkarlıq baxımdan aşağı səviyyəli iş ola bilər. Amma əsas görülən işdir. Bu, bir baryer idi və biz bunu keçməliydik. Şükür, bacara bildik".
Tanınmış meyxanaçı yaşadığı problemlərdən söz açıb:
"Problemlər yaşadıq. Qarşımızı çox aldılar. Paxıllığımızı çox çəkdilər. Deyirdilər ki, meyxana nədir, klip nədir. Sonra konsert hazırladıq, bəzi meyxanaçılar 1 gün qabaq dedilər ki, gəlmirik biz. Hər vəchlə çalışırdılar ki, konsert alınmasın. Amma ətrafımda olan dostlarım sağ olsun. Bundan sonra bəzi meyxanaçılarla aramız soyumağa başladı".

Xəbər 1141 dəfə oxundu.