Goranboyda 21 yaşlı gənc dəm qazından zəhərlənib
Goranboyda dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Tapqaraqoyunlu kənd sakini 1995-ci il təvəllüdlü Rüstəm Firuz oğlu Əmiraslanov yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. R. Əmiraslanov dərhal Goranboy rayon mərkəzi xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Xəbər 1266 dəfə oxundu.