KİV: “Tramp Tayvan rəhbəri ilə telefon danışığını Ağ Evlə razılaşdırmayıb”
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Tayvan administrasiyasının rəhbəri ilə telefon danışığını Ağ Evlə razılaşdırmayıb. Ağ Evin qənaətinə görə, bu, rəsmi Vaşinqtonla Pekin arasında münasibətlərə xələl gətirə bilər. APA-nın xəbərinə görə, bu barədə “The New York Times” qəzeti yazıb. Qəzet xatırladır ki, 1979-cu ildən etibarən ABŞ-ın fəaliyyətdə olan və yaxud yeni seçilən prezidenti Tayvan rəhbərləri ilə ünsiyyət qurmayıb. Qeyd edək ki, bundan əvvəl Donald Tramp və Tayvan administrasiyasının rəhbəri Tsay İnven arasında telefon danışığının baş tutduğu barədə məlumat yayılıb. Məlumata görə, söhbət zamanı tərəflər ABŞ-la Tayvan arasında siyasi, iqtisadi və təhlükəsizlik sahəsində sıx əlaqələrin mövcudluğunu vurğulayıblar. Rəsmi Pekin bununla bağlı hələ ki, heç bir açıqlama verməyib.

Xəbər 1410 dəfə oxundu.