ABŞ-da gecə klubunda yanğın nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb
ABŞ-da gecə klubunda yanğın nəticəsində ölənlərin sayı 33-ə çatıb
ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb. APA-nın NBC telekanalına istinadən verdiyi xəbərə görə, bundan əvvəl 30 nəfərin öldüyü bildirilirdi.
Ötən gün baş verən yanğının səbəbləri hələ də naməlum olaraq qalır. Hadisə baş verdiyi an gecə klubunda 50-dən 100-dək insan olub. Şəhər rəhbərliyi yanğın nəticəsində ölənlərin sayının 40-a çatacağını istisna etmir. İnsidentlə əlaqədar araşdırmalara başlanılıb.

Xəbər 1353 dəfə oxundu.