Sabunçu rayonunda üçotaqlı ev yanıb
Bu gün Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 727 dəfə oxundu.