“Qəbələ” və “İnter”də itkilər
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “İnter”lə “Qəbələ” arasında keçirilən ilk oyununda hər iki komandanın bir futbolçusu cəzalı duruma düşüb.
Qol.az-ın xəbərinə görə, “İnter”dən Tərlan Quliyev, “Qəbələ”dən isə Rafael Santos xəbərdarlıq alaraq sarı vərəqə limitini doldurub. Hər iki müdafiəçi cavab matçını buraxacaq.
Qeyd edək ki, komandalar arasında növbəti oyun aprelin 5-də keçiriləcək.

Xəbər 1293 dəfə oxundu.