Gəncədə bıçaqlanma olub
Gəncə şəhər sakini bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Şəhər sakini 1971-ci il təvəllüdlü Mehman Məmmədov mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Xəbər 2663 dəfə oxundu.