Bakı-Quba yolunda 2 maşın toqquşub, 5 nəfər xəsarət alıb
Bu gün Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza nəticəsində “Toyota Prado”nun sürücüsü, 20 yaşlı Abdulla Mirzəyev, onun sərnişinləri - 37 yaşlı Cəmilə Mirzəyeva, 62 yaşlı Nailə Bayramova, 27 yaşlı Yelena Bayramova, eləcə də yük maşının sürücüsü, 33 yaşlı Elşad Heydərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəbər 981 dəfə oxundu.