ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı təbrik edib
ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olması münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə səfirliyin “facebook” səhifəsində yer alan açıqlamada deyilir. “Bu, böyük nailiyyətdir! ABŞ səfirliyi “Qarabağ”a gələcək oyunlarda uğurlar arzulayır”, - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, “Qarabağ” ötən gün Danimarkanın “Kopenhagen” komandası ilə cavab qarşılaşmasında 2:1 uduzsa da, daha əvvəl Bakıdakı görüşdə 1:0 hesabı ilə qələbə qazandığı üçün Çempionlar Liqasının qrup mərhələsinə düşüb.

Xəbər 893 dəfə oxundu.