“Real“dan yeni rekord
Qol.az-ın "Orta"ya istinadən yaydığı xəbərə görə, Madrid klubu Avropanın 5 böyük liqasının komandaları arasında ardıcıl 70 matçda qol vuran ilk komanda olub. "Real" son olaraq La Liqanın 3-cü turunda "Valensiya"ya qarşı matçda (2:2) iki qol vurub.
Qeyd edək ki, "Real Madrid" sonuncu dəfə Çempionlar Liqasının yarımfinalında 26 aprel 2016-cı ildə "Mançester Siti" qarşı keçirilən oyunda (0:0) meydanı qolsuz tərk edib.

Xəbər 899 dəfə oxundu.