Hindistanda istilik elektrik stansiyasında partlayış olub, 20 nəfər ölüb
Hindistanın Uttar-Pradeş ştatında istilik elektrik stansiyasında partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Unçaxar şəhərində, NTPC şirkətinə məxsus müəssisədə qeydə alınıb.
Hadisə nəticəsində 20 nəfər ölüb, 100-dək insan müxtəlif dərəcəli xəsarət alıb. İlkin məlumata əsasən, istilik elektrik stansiyasında su qızdırıcı qazan partlayıb.
Qeyd olunur ki, Unçaxarda şəhərində istilik elektrik stansiyası 1988-ci ildə istifadəyə verilib.

Xəbər 1169 dəfə oxundu.