Səfir: “Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”
"Azərbaycan və Böyük Britaniya enerji sahəsində əməkdaşlığını daha da artırmaq niyyətindədir".
APA-nın xəbərinə görə, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts deyib.
O bildirib ki, Britaniya və tərəfdaşları "Azəri-Çıraq-Günəşli" neft yataqlarında 40 milyard dollar dəyərində yeni investisiya qoymağı planlaşdırır: "Cənubi qaz dəhlizi" layihəsi də 2020-ci ildə başa çatacaq və bu da Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq".
Səfir qeyd edib ki, Azərbaycanın yüksək inkişaf strategiyasına dair addımlarını xüsusi qiymətləndirir.

Xəbər 1012 dəfə oxundu.