Hava şəraiti kəskin dəyişəcək, Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında yanvarın 9-u axşamdan 11-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Xəbər 1103 dəfə oxundu.