“Qafqaz- Media” İctimai Birliyinin təşkilatçılığı ilə “İlhamlı günlərə gəlin səs verək” adlı tədbir keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qafqaz- Media” İctimai Birliyinin təşkilatçılığı ilə 11aprel Prezident seçkiləri ilə bağlı tədbir keçirildi. Tədbirdə həmçinin Cənab Prezident İlham Əliyevə həsr olunmuş sözləri Cavanşir Vahabova, musiqisi Elgün Seyidzadəyə aid “İlhamlı günlərə gəlin səs verək” adlı klipin təqdimatı baş tutdu.
Unudulmaz xalq şairi Səməd Vurğun demişdir:- “Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən...”
“Qafqaz-Media” ictimai birliyinin xəttilə daim milli vətənpərvərlik ruhunda tədbirlər keçirilir.
Tədbirdə Respublikamızın Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Bmm.az xəbər verir ki, tədbiri Hacı Azadə-Taleh açıq elan etdi və məlumat verərək dedi ki, hamılıqla 11apreldə seçki məntəqələrinə getməli, cənab Prezident İlham Əliyevə səs verməliyik.
Tədbirdə Həkim-jurnalist Zeynəb Süleymanova, “Gəncliyə Yardım Fondu”nun vitse-prezidenti Salman Əliyev, “Xocalı Soyqrımını Tanıtma” ictimai birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu, Bəstəkarlar və Rəssamlar İttifaqlarının üzvü İmruzə Hüseynova, “müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas, “Sevgi”jurnalının baş redaktoru şairə Nəsibə İsrafilqızı, bəstəkar Arif Səlimov, “Məhsəti” Qadınlar Məclisinin rəhbəri Cəvahir Qaraqızı, “Zəngəzurun səsi” qəzetinn baş redaktoru Yavər Nuriyev, şairə Nailə Yusifqızı, “Xalq TV” internet televiziyasının rəhbəri Hidayət Möhnətov, jurnalist Rəsul İbrahimov, Almaz Əhmədova, Dünya Əliyeva, Sonaxanım Hüseynova, Leyla Mustafayeva və başqaları iştirak etdilər.
Daha sonra sözləri Bakı şəhər sakini, Ölkə Başçısının sinif yoldaşı Cavanşir Vahabova, musiqisi Elgün Seyidzadəyə məxsus “İlhamlı günlərə gəlin səs verək!” klipi haqqında müzakirələr edildi və bəstəkarlar tərəfindən bəyənildi. Gənc müğənni Səbinə Hüseynova və Ülvi paşazadənin ifasında çox gözəl bir təqdimat oldu. Tədbir QMİB-in sədri, şairə Hacı Azadə Taleh-Abbasqızının son olaraq Ölkə başçısı İlham Əliyevə həsr etdiyi şeiri ilə tamamlandı.

Xəbər 1847 dəfə oxundu.