Abituriyentlərdən 32 min 184-ü ixtisas seçimi ərizəsini təsdiqləyib
İxtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 8-i saat 10.30-a olan məlumata görə, 32 min 184 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 4 min 23 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.
Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Xəbər 543 dəfə oxundu.