Boş qalan yerlərə müəllimlərin əlavə yerləşdirilməsi üzrə vakansiya seçimi başa çatıb
2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsindən sonra boş qalan yerlərə müəllimlərin əlavə yerləşdirilməsi üzrə vakansiya seçimi keçirilib və bu proses başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 30-da vakansiya seçimi zamanı elektron yerləşdirilmədə uğur qazanmış namizədlərin müsahibəsi keçiriləcək.
Xatırladaq ki, qeyd edilən tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3.692 namizəd işə qəbul olunub.

Xəbər 546 dəfə oxundu.