Ən sadə Rəvani
Ərzaqlar:
Xəmir üçün:
Yumurta – 3 ədəd
Şəkər tozu – 1 st.
Qatıq – 1 st.
Manna yarması – 1 st.
Un – 1 st.
Vanilin – 1 paket
Qabartma tozu – 1 paket
Bitki yağı – 1 st.
Şərbət üçün:
Su – 3 st.
Şəkər tozu – 3 st.
Yarım dənə limonun suyu
Hazırlanması:
Əvvəlcə şərbət hazırlanır və kənara qoyulur ki, soyusun. Sonra adi qaydada xəmir hazırlanır: yumurta və şəkər tozu mikserdə çalınır. Sonra digər ərzaqlar bir-bir əlavə olunur, qarışdırılır. Soba 170 dərəcəyə kimi qızdırılır. Xəmir formaya tökülür və üstü qızarana kimi, təxminən 30 dəqiqə bişirilir. Sobadan çıxan kimi keks dilimlənir, isti ikən soyuq şərbət üzərinə gəzdirilir. Üstünü kokos qırıntıları ilə bəzəyə bilərsiniz. Nuş olsun!
qadın.az

Xəbər 379 dəfə oxundu.