“Məni sevən yoxdur” – Nura Suri
ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğənni Nura Suri olub.
Milli.Az xəbər verir ki, müğənni şəxsi həyatı barəsində maraqlı açıqlama verib:
"Sevgini dəbə salaq ki, mən də kiməsə etibar edim. Tam səmimi deyirəm, mənə inanın, sözümə başımla da cavabdehəm. Mənim həyatımda heç kim yoxdur. Nə mən sevmirəm, nə də məni sevən var. Etibarım yoxdur. Düşünürəm ki, münasibət hislər və sevgi üzərində qurulmalıdır. Biz kişiləri atamızdan, babamızdan gördüyümüz kimi görmək istəyirik. Yəni bir qadını sevir, bir qadınla evlənir".

Xəbər 1438 dəfə oxundu.