İndoneziya sahillərində güclü zəlzələ olub
İndoneziyanın Halmahera adası yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Geoloji Xidmət əvvəlcə zəlzələnin 7 bal gücündə olduğunu bildirib.
Yeraltı təkanların episentri Şimali Maluku əyalətinin Tobelo şəhərindən 151 kilometr qərbdə, ocağı 60,6 kilometr dərinlikdə yerləşib. Bunun ardınca həmin ərazidə dörd saat ərzində 4,7-dən 5,2 baladək gücündə daha yeddi təkan qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Xəbər 954 dəfə oxundu.