Türkiyədə yol qəzasında 32 nəfər yaralanıb
Türkiyənin Sivas vilayətinin İmranlı rayonunda sərnişin avtobusunun aşması nəticəsində 32 nəfərin yaralandığı bildirilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Ərzurum-Ankara marşrutu ilə hərəkət edən nəqliyyat vasitəsi yolların sürüşkən olması nəticəsində Kemreli kəndi yaxınlığında aşıb. Sərnişinlər hadisə yerinə gələn xilasedicilər tərəfindən avtobusdan çıxarılıb və yaralılar Sivasın xəstəxanalarına çatdırılıb.
Vilayətin hüquq-mühafizə orqanları qəza ilə bağlı araşdırma aparırlar.

Xəbər 711 dəfə oxundu.