Futzal millimiz ilk oyununa çıxır - Avropa çempionatında
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.
Qol.az-ın məlumatına görə, Sloveniyanın Podçetrtek İdman Sarayında komandamız Kipr futzalçıları ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu Marko Rothenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Jaruchieviczdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.
Avropa çempionatının əsas mərhələsi
II qrup, I tur
22:45. Azərbaycan - Kipr
Hakimlər: Marko Rotenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan), Damian Yaruçevis (Polşa)
Podçetrtek İdman Sarayı, Sloveniya

Xəbər 334 dəfə oxundu.