Elxan Məmmədov UEFA nümayəndəsi ilə görüşdü
Avropa Liqasının final oyunu ilə əlaqədar martın 27-də və 28-də UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri olub.
Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, assosiasiyanın baş katibi Elxan Məmmədovla tərəfdaşların səfəri çərçivəsində paytaxtımıza təşrif buyuran UEFA Avropa Liqasının layihə meneceri Andreas Şar arasında görüş keçirilib.
Görüşdə UAL Final Bakı-2019-un təşkilati işləri ilə bağlı ətraflı müzakirələr aparılıb.
Xatırladaq ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 445 dəfə oxundu.