Jezniçak ölkəsinə getdi
"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinə yollanıb.
Qol.az-ın xəbərinə görə, bu barədə 32 yaşlı futbolçu sosial şəbəkədəki hesabında məlumat verib. O, zədəsini sağaltmaq üçün vətəninə gedib.
Qeyd edək ki, Jezniçak "Zirə" ilə yoxlama oyunundan (2:1) zədələnmişdi.

Xəbər 371 dəfə oxundu.