Peruda avtobusda baş verən yanğında 20 nəfər həyatını itirib
Perunun paytaxtı Limada avtobusda baş verən yanğında 20 nəfər həyatını itirib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, xilasedicilərin verdiyi məlumata görə, əsasən maddi vəziyyəti aşağı olan insanların mindiyi avtobus qeyri-qanuni durduğu dayanacaqda alovlanıb. Ölənlərin çoxu nəqliyyat vasitəsinin ikinci mərtəbəsindəki sərnişinlər olub. Avtobusda yanğınsöndürmə vasitələri olmayıb.

Xəbər 3957 dəfə oxundu.