Azərbaycanlı müğənninin qardaşı ailəsində FACİƏ - Bir evdən 3 meyit çıxdı
Qardaşımın ailəsinin bədbəxtçiliyi qızından gəldi.
Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, bunu çoxdandır efirlərdə görünməyən tanınmış ifaçı Zahidə Günəş qardaşı ailəsində ardıcıl baş verən üç ölüm hadisəsindən danışarkən deyib.
Müğənni tükürpədici hadisənin təfərrüatı ilə bağlı Tarix Əliyevin (Tolik) rəsmi Youtube kanalında aparıcılığını etdiyi "Tarix ilə səmimi" verilişində danışıb:
"Qızı 17 yaşında dənizdə boğuldu öldü. Bu, ailədə artıq faciəyə çevrildi. Gəlinimiz bu dərddən xəstə yatdı. Allah heç kəsə göstərməsin, xərçəng xəstəliyi aşkar edildi. O da qəfildən oldu. Onun "40"ı çıxmamış qardaşımı itirdim. Çox çətindir".

Xəbər 507 dəfə oxundu.